Alternative content

12:30 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:50 19.10.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə nazirlikdə keçirilən görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərini diqqətə çatdıran nazir vətəndaş rifahının dolğun şəkildə təminatı, eyni zamanda sosial hüquqlar sisteminin mütərəqqi beynəlxalq dəyərlərə uyğun təkmilləşdirilməsi sahəsində ölkəmizdə atılan mühüm addımları diqqətə çatdırıb.

S.Babayev Avropa Şurasının Sosial Müdafiə üzrə Qarşılıqlı İnformasiya Sistemi (MISSCEO) üzrə məlumat mübadiləsinin həyata keçirilməsi sahəsində görülmüş işləri qeyd edib. O, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı mühüm sənədlərini ratifikasiya edən bir ölkə olduğunu deyib.

Nazir Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasına da ölkəmizin hələ 2001-ci ilin oktyabr ayında qoşulduğunu bildirib. O, ötən dövrdə Xartiyanın əmək, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə maddələrinin ratifikasiyası sahəsində mühüm işlərin aparıldığını diqqətə çatdırıb. Bununla bağlı ölkə hesabatlarının təqdim olunduğunu bildirən nazir hazırda Xartiyanın daha iki maddəsi üzrə ratifikasiya işlərinin də aparıldığını qeyd edib.

Z.Hernyeş ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları maraqla izlədiyini deyib, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının maddələri üzrə aparılan ratifikasiya işlərindən məmnunluğunu ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM