Alternative content

09:47 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 82-ci iclasında iştirak edib
Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 82-ci iclasında iştirak edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:12 19.10.2019

Oktyabrın 17-18-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 82-ci iclasında müşahidəçi qismində iştirak edib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iclasda nümayəndə heyətimizin tərkibində Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da iştirak edib.

İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə əməliyyatların təşkil olunması, Böyük Vətən müharibəsinin 75-ci ildönümünün qeyd edilməsi, 2019-cu ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2020-ci il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclas zamanı çıxış edən general-polkovnik Elçin Quliyev Azərbaycan ərazisinin 20 faizinin, o cümlədən Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin 427 kilometr, İran ilə dövlət sərhədinin 132 kilometr hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılmasının təkcə Azərbaycan Respublikası üçün deyil, bütövlükdə regional təhlükəsizlik üçün ciddi təhdid olmasını diqqətə çatdırıb. O, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində konkret nəticələrin olmamasının bölgədəki sabitliyə mənfi təsir göstərməsini qeyd edib.

Çıxışda 2018-ci ilin sonunda Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən 130 kilometrlik hissəsinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülməsi barədə Prezident İlham Əliyevin qərarının bu münaqişənin sülh yolu ilə həllinə, bölgədə gərginliyin azalmasına və sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüs olması vurğulanıb, həmin istiqamətdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin davamlı pozulması, sərhəd döyüş məntəqələrimizin, o cümlədən avtomobil və tikinti texnikasının, tibb maşınlarının, mülki heyətin mütəmadi olaraq atəşə məruz qalmaları, nəticədə döyüş məntəqəsinin arxasında təsərrüfat işləri ilə məşğul olan mülki vətəndaş, 1959-cu il təvəllüdlü Səfəralı Abışovun aldığı güllə yarası nəticəsində həlak olması xüsusi qeyd edilib.

İclasdan sonra Rusiya, Belarus və Qazaxıstan Sərhəd xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Federasiyası Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə "Azərbaycan Respublikası və Rusiya Federasiyası Sərhəd xidmətləri arasında 2020-2021-ci illər üçün Tədbirlər Planı” imzalanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM