19 Oktyabr 2019 13:44
510
CƏMİYYƏT
A- A+

Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb


Oktyabrın 19-da Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, xidmət rəisi Vüsal Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçirdiyi layihənin dəstəkçisinin Gənclər Fondu olduğunu bildirib: "Layihə çərçivəsində seçilən 30 gənclə görüşdə əsasən kommunikasiya, liderlik, qərar qəbuletmə bacarıqları və strateji düşünmə ilə bağlı fikirlərimizi paylaşırıq. Bu tədbirlərin həyata keçirilməsini ölkəmizdə gənclər siyasətinə olan diqqətin göstəricisi hesab edirəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev gənclər sahəsini diqqətdə saxlayır. Azərbaycan gəncliyi cəmiyyətin bütün sahələrində aparıcı mövqedədir, eyni zamanda, hərəkətedici qüvvədir. Hesab edirəm ki, bu layihələr də onların inkişafına töhfə verəcək”.

"İdarəetmə və kommunikasiya” mövzusunda keçirilən master-klassda Vüsal Hüseynov qərar qəbuletmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması mövzusunda çıxış edib, o cümlədən liderlik qabiliyyətlərinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.

Sonda Xidmət rəisi proqramın iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və onların dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video