19 Oktyabr 2019 12:33
605
DÜNYA
A- A+

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosu məlumat vermişdir.

Vaşinqton aviasiya texnikası və telekommunikasiya avadanlıq ixracı və təkrar ixracı qaydalarını sərtləşdirir. Məsələn, Kubanın hava gəmilərini kirayə etmək üçün mövcud lisenziyalar geri çağırılacaq, yeni sifarişlər rədd ediləcək.

Bundan əlavə, ABŞ Kuba hökuməti, yaxud hakim Kommunist Partiyası ilə əlaqəli təşkilatlara ianə göndərilməsinə qadağa qoyur.

Büronun məlumatında qeyd edilir ki, sanksiyalar "rejimin Kuba xalqına münasibətdə repressiyaları”, habelə Havananın Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləməsi üzündən tətbiq olunur.

2014-cü ilin dekabrında ABŞ-ın o vaxtkı Prezidenti Barak Obama Kuba ilə münasibətlərin normallaşdırılacağını və sanksiyaların yumşaldırılacağını elan etmişdir. Donald Tramp hakimiyyətə gəldikdən sonra bu siyasəti yanlış hesab etmiş, embarqonu qüvvədə saxlamış və amerikalıların Kubaya səfər etmək qaydalarını sərtləşdirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video