19 Oktyabr 2019 11:38
574
CƏMİYYƏT
A- A+

Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq


Özünüməşğulluq proqramının genişləndirilməsi işlərində Dünya Bankı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz töhfəsini verəcək. Bununla əlaqədar Dünya Bankı ilə danışıqlar artıq yekun mərhələsindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin sonunadək hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. Növbəti il Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak payı kimi 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailənin özünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.

BMT-nin İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində birgə işlərin davam etdirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

Ümumilikdə, aktiv məşğulluq tədbirləri bütün istiqamətlərdə davam etdirilməklə, onların miqyası da genişləndiriləcək. Nazirlik üçün cari ildə plan 100 min nəfərin işlə təminatıdırsa, gələn il bu rəqəm 130 minə çatdırılacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin təşkilinin, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramının da davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video