19 Oktyabr 2019 03:11
653
Məktublar
A- A+

Cənab Prezident, Sizin rəhbərliyinizlə müqəddəs Vətənimizin, milli dövlətçiliyimizin, Vətən elminin, milli ziyalılığın böyük addımlarla irəliləməsinə yorulmadan və məsuliyyətlə xidmət etmək, var qüvvə ilə çalışmaq dərk olunmuş böyük borcun əməli ifadəsidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə


Möhtərəm cənab Prezident!

İctimai-siyasi və elmi mühitdəki fəaliyyətimlə əlaqədar məni ölkəmizin ən yüksək ordenlərindən biri olan Birinci dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu və Sizin daha da inkişaf etdirib möhkəmləndirdiyiniz ictimai-siyasi sabitliyin, ardıcıl olaraq aparmaqla davam etdirməkdə olduğunuz genişmiqyaslı islahatların nəticəsi olaraq yaranmış möhtəşəm Yeni Azərbaycan hər bir Vətən övladı üçün böyük qürur mənbəyidir.

Sizin dönməz iradəniz və çoxcəhətli yorulmaz fəaliyyətinizlə müstəqil Azərbaycan Respublikası müasir dünyada möhkəm sabitliyin və hərtərəfli inkişafın rəmzinə çevrilmişdir. Müasir dünyanın gözü qarşısında Azərbaycan Respublikasının inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlərin ailəsinə daxil olması Sizin böyük iradənizin, uzaqgörənliyinizin və səylərinizin böyük bəhrəsidir. Mübariz ordumuzun Lələtəpə və Naxçıvan - Qızılqaya yüksəkliklərində Azərbaycan bayrağını ucaltması və böyük əraziləri düşmən əsarətindən geri qaytarması xalqımızda Dağlıq Qarabağın məhz Sizin rəhbərliyinizlə azad olunacağına inamı daha da qüvvətləndirmişdir.

Sizin məqsədyönlü, düşünülmüş fəaliyyətinizin nəticəsi olan Bakı-Tbilisi-Qars Dəmir İpək yolu, şimal-cənub və şimal-şərq şose yolları sayəsində ölkəmizdə yaranmış geniş tranzit imkanları Azərbaycana XXI əsrin İpək yolu sivilizasiyasını yaradan ölkələrdən biri olmaq statusunu qazandırmışdır. Azərbaycanda ardıcıl olaraq keçirilməkdə davam edən sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq forumları ölkəmizdə elmin və milli mədəniyyətin inkişaf etdirilməsinə təkan verən və milli-mənəvi sərvətlərimizi dünya xalqlarına çatdıran, böyük elmə geniş meydan açan mühüm hadisələrdir.

İnkişaf etmiş müstəqil Azərbaycan kimi qüdrətli bir ölkədə yaşayıb-yaratmaq ölkəmizin hər bir vətəndaşı kimi, yaradıcı ziyalılar, elm adamları üçün də qürur dolu bir həyat yaşamaq deməkdir. Ölkəmizdə elm, təhsil, ədəbiyyat və incəsənət sahəsində gedən islahatlar, baş verən ciddi yeniləşmə prosesləri və böyük dəyişikliklər yaradıcı fəaliyyətin bütün potensialını meydana qoymaq üçün geniş imkanlar açmışdır. Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərə və köklərə qayıdış, habelə bəşərilik və dünyəvilik kimi dəyərlərin ön mövqeyə çıxarılması elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın yeni çağırışlarını müəyyən etmişdir.

Azərbaycan elmi hazırda müasir cəmiyyətin, qlobal proseslərin elmi əsaslarla dərk olunması yolu ilə ölkəmizin reallıqlarının dərindən təhlil edilib qiymətləndirilməsi və proqnozlaşdırılması əsasında Azərbaycan Respublikasını daha böyük hədəflərə çatdırmaq yollarındakı çoxcəhətli fəaliyyətinizə kömək etmək üçün bundan sonra da dinamik iş aparmaq naminə səfərbər olmağa, bütün səylərini cəmləşdirməyə borcludur.

Təltif etdiyiniz Birinci dərəcəli Vətənə xidmətə görə ordeninin adında və məzmununda ifadə edildiyi kimi, möhtərəm Prezident, Sizin rəhbərliyinizlə müqəddəs Vətənimizin, milli dövlətçiliyimizin, Vətən elminin, milli ziyalılığın hərtərəfli surətdə, böyük addımlarla irəliləməsinə yorulmadan və məsuliyyətlə xidmət etmək, var qüvvə ilə çalışmaq və yenə də çalışmaq dərk olunmuş böyük borcun əməli ifadəsidir.

Möhtərəm cənab Prezident!

Sizə müstəqil Azərbaycanın inkişafı yollarındakı çoxcəhətli, yorulmaz və məqsədyönlü fəaliyyətinizdə daha böyük uğurlar və həyatda ən böyük nemət olan möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,


İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


18 oktyabr 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video