18 Oktyabr 2019 23:13
467
CƏMİYYƏT
A- A+

Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb


Oktyabrın 18-də Energetika naziri Pərviz Şahbazov İmişli şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağdamda, nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində yerli sakinlərlə görüşüb.

Vətəndaşlar elektrik enerjisi təchizatı, qazlaşdırma, elektrik enerjisi və ya qaza görə hesablanmış borc və cərimələrin silinməsi, qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Energetika nazirinin qəbulu zamanı vətəndaşlar nazirliyə edilən müraciətlərin operativ həlli, şikayətlərin qanunauyğun şəkildə araşdırılaraq cavablandırılması ilə bağlı təşəkkürlərini bildiriblər.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Saatlı və Kürdəmir rayonlarından qəbula gələn vətəndaşların, eləcə də Ağdam rayonunda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib və operativ həlli üçün lazımi göstərişlər verilib. Qəbullarda 35 vətəndaşın müraciətinə baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video