18 Oktyabr 2019 23:01
598
CƏMİYYƏT
A- A+

BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək


Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində mitinqin keçirilməsi üçün münasib yer ayrılıb. Bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub və şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

Nurullah Məmmədxanlı qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Bu, qanunla qadağandır. Yenə də həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq-mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək: "Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət həmin təşkilatçıların üzərində qalacaq və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara, gənclərə müraciət etmək istəyirəm ki, aldanmasınlar. Metronun 28 May stansiyasının qarşısındakı meydan aksiya keçirmək üçün münasib bir yer deyil. İsrarla əgər metronun 28 May stansiyasının qarşısındakı meydanda, qadağan olunmuş yerdə qanunsuz aksiyanı keçirmək istəyirlərsə, deməli, onların məqsədi mitinq keçirmək deyil, təxribat törətmək, şəhərdə ictimai asayişi pozmaq, qarşıdurma yaratmaqdır. Əgər belə olmasaydı, onlar müəyyən olunmuş yeri qəbul edərdilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video