18 Oktyabr 2019 19:08
641
DÜNYA
A- A+

Türkiyə və ABŞ Suriya barədə sazişə gəldilər

Ankarada baş tutmuş Türkiyə-ABŞ danışıqlarının yekunlarına görə, Suriyanın Fərat çayından şərqdə yerləşən rayonlarında vəziyyət barədə saziş əldə olunmuşdur. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, Türkiyə oktyabrın 9-dan Suriyanın şimal-şərqində keçirdiyi "Sülh bulağı” antiterror əməliyyatını beş gün dayandırmağa razılıq vermişdir.

Ankara ilə Vaşinqton arasında saziş 13 bənddən ibarətdir və PKK terrorçu təşkilatının Suriyadakı qanadının – YPG-nin Türkiyə ilə sərhədyanı rayonlardan tamamilə çıxarılmasını nəzərdə tutur.

Tərəflər Suriyanın şimal-şərqində yaradılacaq təhlükəsizlik zonasında bütün yaşayış məntəqələrinin dinc sakinlərinin təhükəsizliyini təmin etmək öhdəliyi götürmüşlər. YPG-nın ağır silahları müsadirə olunacaq, terrorçuların yaratdıqları bütün infrastruktur məhv ediləcək.

Vaşinqton Ankaraya qarşı bütün sanksiyaları ləğv etmək öhdəliyi götürmüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video