Alternative content

10:12 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
ANA SƏHİFƏ / SİYASƏT
17:19 18.10.2019

Oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.

MSK sədri bildirib ki, bələdiyyələrin səlahiyyət müddəti başa çatır. Buna görə də Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Bu seçkilərdə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

MSK üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə qərar qəbul olunub.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" müzakirə olunaraq təsdiq edilib.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılması ilə bağlı çıxış edib. Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

Ekspert qrupuna MSK üzvləri - Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlkin Şahbazov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, İlham Məmmədov, Komissiya katibliyinin əməkdaşları Rafiq Abbasov və Nailə Əsgərova daxil olunub. Dairə seçki komissiyaları nəzdində qanunvericilikdə nəzərdə tutulan müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

İclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə MSK-da yenidən baxılması ehtimalı və zərurəti nəzərə alınaraq, təqdim edilmiş imza vərəqələrindəki imzaların və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM