18 Oktyabr 2019 16:18
1345
PARLAMENT
A- A+

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib


Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirdi.

Qeyd olundu ki, sənəd Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin üçüncü Zirvə toplantısında qəbul edilmiş Fəaliyyət Planına, "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin "Uşaq hüquqları haqqında” və "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.

Komitə sədri onu da vurğuladı ki, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub. Bəyanatda deyilir: "Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir.

Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar”.

Çıxış edən komitə üzvləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abiyev, Dilarə Cəbrayılova milli maraqlarımızın qorunmasına xidmət edən sənədin uşaqların gələcəyində böyük əhəmiyyətə malik olacağını söylədilər.

Müzakirələrin sonunda qanun layihəsi "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına dair Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video