18 Oktyabr 2019 14:06
828
Mədəniyyət
A- A+

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub


Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.

Nazir deyib: "Bu gün ölkəmizin mədəniyyət həyatında böyük işlər görülür. Bu sahədə çalışan insanlar öz üzərlərinə düşən işi daha yaxşı yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. Bu gün ölkəmizdə Mədəniyyət Nazirliyinin tabeliyində 70 minədək mədəniyyət və incəsənət xadimi çalışır. Ümumilikdə ölkəmizdə 800 minədək insan yaradıcılığın müxtəlif sahəsində fəaliyyət göstərir. Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri də yaradıcılıq sahəsini inkişaf etdirməkdir. Dünyada yaradıcılıq sahəsi bir çox iş yerlərini formalaşdıran sənaye hesab edilir. Onların məhsulu cəmiyyət və insanlar tərəfindən qəbul olunur, bir növ gəlir mənbəyi funksiyasını yerinə yetir. Mədəniyyət sahəsində dövlətimizin başçısı tərəfindən kimlər mükafatlandırılırsa, əlbəttə, onlar çalışdığı sahələrdə etimadı doğruldan insanlardır”.

Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, "Dövlət qulluğunda fərqlənmə” və "Tərəqqi” medalları ilə təltif edilmiş, habelə "Xalq artisti”, "Əməkdar mədəniyyət işçisi”, "Əməkdar artist”, "Əməkdar incəsənət xadimi”, "Əməkdar müəllim” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video