18 Oktyabr 2019 12:08
451
CƏMİYYƏT
A- A+

Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Fəttah Heydərov təbrikində oktyabrın 18-nin Azərbaycanın Dövlət Müstəqilliyi Günü, hamımızn bayramı olduğunu qeyd edir. Təbrikdə deyilir: "Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var. Müstəqilliyi qazanmaq elə də asan olmadı. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Məhz ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Bu gün bütövlükdə ölkəmizin inkişafı göz qabağındadır. Prezident İlham Əliyevin böyük əməyi sayəsində hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyevin siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdır. Bütün bunlar müstəqillik və qurtuluş məfkurəsinin uğurlarıdır”.

Bildirilir ki, Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmaları var. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.

"Mən rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından xalqımızı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizinin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyətlər arzulayıram. Arzu edirəm ki, belə bayramları tezliklə Qarabağda da qeyd edək”,- deyə təbrikdə vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video