“Daily News Hungary” nəşrində məqalə dərc edilib
"Macarıstan Türk Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) üzvü olan ölkələr üçün Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsində əməliyyat meydanı ola bilər”.
AZƏRTAC xəbər verir ki, Türk Şurasının bu günlərdə Bakıda keçirilmiş Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orbanın söylədiyi bu sözlər Macarıstanda çıxan ingilisdilli "Daily News Hungary” nəşrində dərc olunmuş məqalədə sitat gətirilib.
AZƏRTAC-ın materiallarından istifadə edilməklə hazırlanmış məqalədə Baş Nazir Viktor Orbanın Bakıdakı bəyanatından aşağıdakı hissə xüsusi vurğulanır: "Macarıstan Avropa Komissiyasının yeni tərkibində genişlənmə və qonşuluq siyasəti portfelinə sahib olmaq uğrunda mübarizə aparır”. Bu mübarizənin "ağır döyüş” olacağını etiraf edən Baş Nazir Macarıstanın şansının pis olmadığını söyləyib.
Macarıstan hökumətinin başçısı deyib: "Əgər biz uğur qazansaq, Şərq Tərəfdaşlığı və Türkiyənin Aİ-də üzvlüyü barədə danışıqlar çərçivəsində Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik”.
Orban bildirib ki, Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan dövlətlər üçün kredit xətti açıb. O, daha sonra vurğulayıb ki, Türk Şurasının üzvü olan dövlətlərlə Macarıstan arasında ticarətin həcmi iki dəfə artaraq 4 milyard ABŞ dollarına çatıb. Orban onu da qeyd edib ki, sentyabr ayında Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyi açılıb.
Macarıstan hazırda Türk Şurası ölkələrindən olan gənclər üçün 700-dən çox təqaüd verir.
Arayış üçün bildirək ki, Türk Şurasının üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandır. Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan da bu təşkilatın tamhüquqlu üzvü olub. Macarıstan isə 2018-ci ildən şurada müşahidəçi statusuna malikdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!