Türk dünyasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri
Uzun illərdir ki, səlahiyyətli beynəlxalq təşkilatlar ədalətsizlik bayrağı ilə ikili standartlara əsir düşmüşlər. Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri sanki hələ də görmək və qəti olaraq həll etmək istəmirlər. Bəs necə ola bilər ki, ermənilərin Qarabağda işğalçılığı haqqında 4 qətnamə qəbul edilir, amma istilaçını işğal olunmuş ərazilərdən qovub çıxarmaq məsələsi həyata keçirilmir?
Çox maraqlıdır ki, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı qanlı mübarizəsini, soydaşlarımızın ata-baba torpaqlarında soyqırımına məruz qoymalarını "azadlıq aktı”, Azərbaycanın ərazi suverenliyini bərpa etmək uğrunda mübarizəsini "azadlığı boğma” kimi dəyərləndirənlər də az deyildir.
On il əvvəl qədim türk yurdu Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Bu keçən 10 il müddətində təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. 10 il ərzində bütün mövcud sənədlərdən də görünür ki, Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub.
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi. Zirvə görüşündə türk respublikalarının geniş təmsilçiliyi var idi. Zirvə toplantısının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində iştirak edənlərə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir”.
Keçən müddət ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının coğrafiyası genişlənmiş və yeni üzvlər qəbul edilmişdir. Macarıstan artıq təşkilatda müşahidəçi statusu əldə edib. Şuranın qərarları keçən 10 il müddətində bir daha təsdiq etmişdir ki, türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın dərinləşməsinə xidmət etmişdir.
Zirvə toplantısında beynəlxalq əhəmiyyət daşıyan hadisələrdən biri Macarıstanın Türk Şurası ilə əməkdaşlığıdır. Bu, şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti sayəsində nəqliyyat dəhlizləri genişlənir, energetika müəssisələri inşa edilir, yüngül sənaye və kənd təsərrüfatı inkişaf etdirilir. Logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorlar da uğurla inkişaf etdirilir.
İlham Əliyev zirvə görüşündə demişdir: "Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir”. Ermənistan Respublikası işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də diqqəti ermənilərin hər yerdə olduğu kimi, Dağlıq Qarabağda da həyata keçirdikləri vandalizm aktına yönəltmişdir. Ermənilər dünyanın gözü qarşısında həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimizi dağıdıb və məhv ediblər.
Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün səyləri davam etdirəcəklərini türkdilli respublikaların rəhbərləri bəyan etmişlər.
Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını da təşkilat üzvləri təklif etdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı zirvəsində təşkilatın perspektivi haqqında inamlı fikirlər səslənmiş və layihələr haqqında məlumat verilmişdir. Təşkilatın katibliyindən verilən məlumata görə, qurumun inkişafının növbəti mərhələsinə keçilir. Qarşıdakı illər üçün təşkilatın qarşısında duran gündəlikdə "Türk baxışı 2040” proqramının işlənilməsi məsələsi durur.
Bununla bağlı şuranın katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən "Türk Şurası 2025” adlı yeni strategiya hazırlanır. Təşkilat birgə Xəzər gəmiçilik şirkətinin yaradılmasını müzakirə etməyi planlaşdırır.
Həsənbala SADIQOV,
professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!