18 Oktyabr 2019 01:21
472
SİYASƏT
A- A+

Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir


Hazırda Azərbaycan beynəlxalq əməkdaşlığın və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə yönəlmiş qlobal beynəlxalq layihələrin yüksək səviyyədə həyata keçirildiyi əsas ölkələrdən biridir.

Ukraynalı məşhur yazıçı, Taras Şevçenko adına Milli mükafatın laureatı Qriqori Hüseynov bu fikirləri AZƏRTAC-a müsahibəsində oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün yekunlarını şərh edərək söyləyib.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçiriləcəyi məkan kimi məhz Bakının seçilməsi təsadüfi deyil, çünki Azərbaycan türk xalqlarının mədəni irsinin, onların identikliyinin qorunub saxlanması, türk ölkələri arasında mədəni, sosial, iqtisadi və dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox böyük işlər görüb.

Yazıçı deyib: "Azərbaycan həm də multikulturalizm və tolerantlıq siyasətini həyata keçirən, müxtəlif dinlərin və etnosların mədəni və memarlıq irsini qoruyub saxlayan nümunəvi dövlətdir”.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə bu təşkilata sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qriqori Hüseynovun sözlərinə görə, Azərbaycanın sədrliyi dövrü həm türk xalqları, həm də bütün dünya üçün tarixi əhəmiyyət kəsb edən bir sıra mühüm layihələrlə əlamətdar olacaq.

Tanınmış yazıçı deyib: "Azərbaycan həm regionda, həm də dünyada böyük nüfuz sahibidir. O, sülh, mehriban qonşuluq, beynəlxalq hüquq və tolerantlıq kimi dəyərlərin bərqərar olması üçün öz imkanlarından istifadə edir. Düşünürəm ki, Azərbaycanda görülən işlər türk xalqları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyət üçün yeni platformalar yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video