Alternative content

09:48 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bələdiyyə seçkilərinin təyin edilməsi, namizədlərin irəli sürülməsinin əsasları və qaydaları
Bələdiyyə seçkilərinin təyin edilməsi, namizədlərin irəli sürülməsinin əsasları və qaydaları
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:16 18.10.2019


Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni həyata keçirən bələdiyyələr seçkilər əsasında formalaşır. Seçki Məcəlləsinin müvafiq normasının tələbinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, həmin müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilir və səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur.

Azərbaycanda 2014-cü ildə keçirilən seçkilərdə seçilmiş bələdiyyə üzvlərinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Bu isə növbəti bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müvafiq addımların atılmasını zəruri edir. Seçkilərin təyin olunması barədə qərar rəsmi dərc edildikdən sonra bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlanır ki, bu da seçki prosesinin çox mühüm mərhələsi sayılır.

Ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrə keçiriləcək seçkilərdə vətəndaşlar özlərinin aktiv və passiv seçki hüququndan istifadə edərək ölkə üzrə 1606 bələdiyyə tərkibini formalaşdıracaq.

Müvafiq seçki dairəsində daimi yaşayan və seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşı qanunla müəyyən edilmiş qaydada bələdiyyə üzvü seçilə bilər. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə (ağır və xüsusi ilə ağır) məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları yerli özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olurlar. Belə olan halda vətəndaş ikili vətəndaşlığı olan müddət ərzində passiv seçki hüququndan istifadə edə bilməz.

Bundan başqa, xarici dövlətlər qarşısında öhdəlikləri olan vətəndaşlar da bələdiyyə seçkilərində namizəd ola bilməzlər. Belə ki, xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Vətəndaşın xarici ölkə qarşısında yaranmış siyasi və hüquqi öhdəlikləri onun seçkili orqanlarda təmsil olunmaq imkanını əlindən alır. Belə statuslu vətəndaşlar başqa ölkə qarşısındakı öhdəliklərinə xitam verilənədək seçkili orqanlara seçilmək hüququndan istifadə edə bilməzlər.

Konstitusiyanın 56-cı və Seçki Məcəlləsinin 14-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduğu müddətdə), din xadimləri (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə) tutduqları vəzifələrinə görə bələdiyyə üzvü ola bilməzlər.

Bələdiyyə üzvlüyünə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra passiv seçki hüququna malik olan vətəndaşlar öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülürlər.

Öz təşəbbüsü ilə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən vətəndaş namizədliyin irəli sürülməsinə dair bildirişi və namizədin bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizəni müvafiq dairə seçki komissiyasına göndərir. Ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü)) göstərilir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin olunubsa, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir.

Bələdiyyə seçkilərində namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülərsə, bu zaman müəyyən edilmiş müvafiq qaydalara əməl edilməlidir. Belə ki, müvafiq seçki dairəsinin ərazisində yaşayan seçicilər təşəbbüs qrupunu yaratmaq istədikdə öz yığıncağını keçirməli, həmin yığıncaqda seçicilərin təşəbbüs qrupunun yaradılması və adlandırılması, təşəbbüs qrupunu təmsil edəcək şəxsin (təşəbbüs qrupunun nümayəndəsinin) müəyyən edilməsi, namizədin irəli sürülməsi və namizədliyin irəli sürülməsinin təsdiqi üçün dairə seçki komissiyasına bildirişlə müraciət olunması məsələsi həll edilməlidir. Təşəbbüs qrupunun iclası müvafiq qaydada protokollaşdırılmalıdır.

Bələdiyyə üzvlüyünə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə müvafiq dairə seçki komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədin irəli sürülməsi barədə yığıncağın protokolu, seçicilərin təşəbbüs qrupu tərəfindən bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsi haqqında bildiriş, öhdəlik ərizəsi təqdim edilir.

Seçkilərdə namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq kollegial qaydada qəbul edir. Eyni zamanda siyasi partiyalar bələdiyyə seçkilərinə blok şəkilində də qoşula bilərlər. Seçkilərdə siyasi partiyaların bloku qismində iştirak etmək istəyən iki və daha artıq siyasi partiya blokun qeydə alınması məqsədi ilə MSK-ya bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətlərini, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarlarını, blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərarını təqdim edirlər.

Təqdim edilən sənədlərə ən geci 5 gün müddətində baxıldıqdan sonra siyasi partiyalar blokunun qeydə alınıb-alınmaması barədə qərar qəbul edilir. Həmin sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilə bilər. Siyasi partiyaların bloku qeydə alındıqdan sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil ola bilməz, siyasi partiya blokunun tərkibinə daxil olan siyasi partiyanın blokun fəaliyyəti dövründə seçkilərdə müstəqil partiya kimi çıxış etməsi yolverilməzdir.

Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında qəbul edilir və siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokuna daxil olan partiyaların üzvü olmayan şəxslər də seçkilərdə namizəd kimi irəli sürülə bilər.

Siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın yığıncağının qərarını və protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin rəsmiləşdirilmiş vəkalətnamələrini təqdim edir.

Namizəd siyasi partiyaların bloku tərəfindən irəli sürülərsə, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların yığıncağının namizəd irəli sürmək barədə qərarları ilə birlikdə iclasların protokolları, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin yığıncaqlarının siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri səlahiyyətli nümayəndə tərəfindən müvafiq dairə seçki komissiyasına göndərilir. Qeyd edilən sənədlərlə yanaşı, namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizə də təqdim edilir. Ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizəyə bu barədə Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada məlumat daxil edilir.

Dairə seçki komissiyasına namizəd, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və namizədin təsdiq olunub-olunmaması barədə qərar qəbul edilir. Əgər komissiya irəli sürülmüş namizədin təsdiq olunmasından imtina edərsə, bu barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Həmin qərardan maraqlı subyektlər qanunla müəyyən edilmiş qaydada və müddətdə MSK-ya şikayət edə bilərlər. Namizədin təsdiq olunması barədə qərar qəbul edildikdən sonra seçicilərin imzalarının toplanması üçün imza vərəqələri namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, namizəd siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülmüşdürsə, onların səlahiyyətli nümayəndəsinə təqdim edilir. İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

Yuxarıda qeyd edilən seçki prosesləri başa çatdıqdan sonra bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması mərhələsi başlayır.

Hazırda növbəti bələdiyyə seçkiləri ərəfəsindəyik. İnamla demək olar ki, indiyədək Azərbaycanda keçirilən digər seçkilər kimi, növbəti bələdiyyə seçkiləri də azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin tarixində özünəməxsus yer tutacaqdır.

Arifə Muxtarova,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM