18 Oktyabr 2019 01:12
1438
İDMAN
A- A+

Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir


Oktyabrın 17-də Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev və marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.

Assambleya çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib, məruzələr dinlənilib. Həmçinin gənclər komissiyasının və icraiyyə şurasının, sonda isə Olimpiya həmrəyliyi komissiyasının iclasları keçiriləcək.

Xatırladaq ki, Doha oktyabrın 12-16-da birinci Dünya Çimərlik Oyunlarına evsahibliyi edib. Bu Oyunlarda 7 idmançı ilə təmsil olunan Azərbaycan 4 gümüş və 1 bürünc medal qazanıb. Çimərlik güləşi yarışlarında Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) gümüş medala sahib olublar. Akuatlon yarışlarında isə Kseniya Levkovskaya ikinci, Rostislav Pevtsov isə üçüncü yeri tutublar. Millimiz qarışıq komanda yarışlarında da ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video