17 Oktyabr 2019 23:08
710
DÜNYA
A- A+

Mövlud Çavuşoğlu: “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərin nəticəsi barədə mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, görüşün təfərrüatlarını bölüşən nazir deyib: "Suriyanın Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib”.

Nazir bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra "Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Bundan başqa, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq. Bundan başqa, YPG əlindəki ağır silahlar toplanmalıdır. M.Çavuşoğlu diqqətə çatdırıb ki, təhlükəsizlik bölgəsi tam şəkildə terrorçulardan təmizlənməli, Suriyanın ərazi bütövlüyü qorunmalı, suriyalı qaçqınlar yurdlarına qayıtmalıdır.

Nazir Mövlud Çavuşoğlu Suriya böhranının həlli ilə bağlı Türkiyənin qətiyyətli mövqeyi, o cümlədən prosesin tənzimlənməsinə dair davam edən məsələlər ətrafında geniş məlumat verib.

Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, türkiyə tərəfi birmənalı olaraq PKK terror təşkilatı ilə YPG-nin eyni məqsədli təşkilat olduqlarını bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video