17 Oktyabr 2019 19:58
510
CƏMİYYƏT
A- A+

Azərbaycan əhalisinin sayı açıqlanıb


Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53 min 894 nəfər və ya 0,5 faiz artaraq bu il sentyabrın 1-nə 10 milyon 35 min 351 nəfərə çatıb. Əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfərdir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91 min 513 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Cari ilin yanvar-avqust aylarında ölkədə 37 min 916 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,7-yə düşüb.

Səkkiz ayda qeydiyyat şöbələri tərəfindən 42 min 163 nikah və 11 min 317 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Yanvar-avqust aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1342 nəfər Azərbaycana gələn, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video