17 Oktyabr 2019 19:55
472
SİYASƏT
A- A+

Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb


Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilərin vəzifəsi bu məsələnin qəti nizamlanması məqsədinə nail olmaq istiqamətində fəaliyyəti maksimum sürətləndirməkdir.

AZƏRTAC xəbər verir ki, bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə səsləndirib. O deyib: "Biz danışıqlara dair masanın üzərində olan gündəliyi əsas götürürük. Biz tərəflər və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında razılaşdırılmış sənədlərlə işləyirik. Bir vasitəçi kimi, bizim vəzifəmiz bu məsələnin qəti nizamlanması məqsədinə nail olmaq istiqamətində fəaliyyəti maksimum sürətləndirməkdir. Biz öz tərəfimizdən həmişə tərəfləri bu cür konstruktiv dialoqa çağırmışıq. Bizə elə gəlir ki, bu məsələni maksimum ardıcıl həyata keçiririk və hamını konstruktiv fəaliyyətə, bu istiqamətdə konstruktiv addımlar atmağa çağırırıq. Bizim razılaşdırılmış formullarımız, razılaşdırılmış sənədlərimiz və irəliyə doğru fəaliyyət üzrə razılaşdırılmış gündəliyimiz var”.

Rusiya XİN-in rəsmi nümayəndəsi RF Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini, Dövlət Dumasının deputatı Konstantin Zatulinin separatçı rejim tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilmiş tədbirdə iştirakı ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən daxil olmuş rəsmi sorğunu da cavablandırıb. O qeyd edib ki, Rusiya XİN-in rəsmi saytında rəsmi Bakının xüsusi icazəsi olmadan keçmiş Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı yeddi rayonun ərazisinə səfər edən Rusiya Federasiyası vətəndaşlarına Azərbaycan tərəfindən gələcəkdə Azərbaycan Respublikasının ərazisinə giriş üçün rədd cavabı veriləcəyi barədə aktual xəbərdarlıq var.

Mariya Zaxarova qeyd edib ki, Rusiya XİN-in mövqeyi dəyişməz olaraq qalır, Dağlıq Qarabağın statusuna gəldikdə isə, bu məsələ Minsk prosesi çərçivəsində danışıqlarda müəyyən edilə bilər. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin bəyanatlarına gəldikdə, Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, onlar özlərinin nöqteyi-nəzərini əks etdirir, lakin XİN və digər idarələrin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video