17 Oktyabr 2019 19:52
500
DÜNYA
A- A+

Səfir: “Facebook”da Türkiyənin Müdafiə nazirinin adından yayılan məlumatlar həqiqəti əks etdirmir


"Facebook” sosial şəbəkəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın adına açılmış saxta səhifələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.

Səfir bildirib : "Həmin səhifələrdə Türkiyəyə qonşu ölkələrin ərazilərini onun sərhədləri daxilində göstərən paylaşımlar edilir ki, bu da təxribat xarakterlidir. Bu cür addımlar Türkiyə ilə dost ölkələr arasında münasibətlərin pozulmasına yönəlmiş cəhddən başqa bir şey deyil”.

F.C.Yazqan insanları saxta səhifələrdə təxribat məqsədilə edilən paylaşımlara deyil, Türkiyə Prezidenti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və ölkənin Gürcüstandakı diplomatik nümayəndəliyinin rəsmi səhifələrinə etibar etməyə çağırıb.

Diplomat sağlam qüvvələrin birgə səyləri nəticəsində bu cür təxribatların qarşısının alınacağına ümidvar olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video