17 Oktyabr 2019 17:44
619
SİYASƏT
A- A+

Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir


Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Assambleyanın "Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayilov Ermənistan hakimiyyətinin "Qarabağ xalqı” məsələsini qabartmasını işğal faktını ört-basdır etmək istəməsi ilə əlaqəndirib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox mülki şəxsin öz tarixi yurd-yuvalarından didərgin düşdüyünü, Xocalıda soyqırımı törədildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, münaqişədə Azərbaycanın mövqeyi dəyişməzdir, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycanın mövqeyi bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Şahin İsmayılov bununla bağlı mötəbər təşkilatlar, o cümlədən BMT tərəfindən 4 qətnamə qəbul olunduğunu, lakin bunların hələ də icra edilmədiyini tədbir iştirakçılarına xatırladıb.

Sonda deputat tədbir iştirakçılarına müraciət edərək deyib: "Erməni xalqı öz müqəddəratını müəyyən edərək öz dövlətini yaradıb. İndi onlar ikinci erməni dövləti yaratmaq istəyirlər. Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?! Bu, paradoksdur”.

Bu sözlər erməni nümayəndə heyətinin ciddi narazılığına səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video