17 Oktyabr 2019 17:44
467
SİYASƏT
A- A+

Muxtar respublikada payızlıq taxıl əkini aparılır


Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olub, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün 32 min hektar sahədə taxıl əkiləcək, onun da 6 min hektarı dəmyə əkinidir. Taxıl əkininə lazımi qədər texnika və avadanlıq cəlb olunub. Əkin şırım üsulu ilə aparılır. Bu məqsədlə toxumsəpənlərə şırımaçan aqreqat qoşulub. "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində, "Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində tələbata uyğun toxum ehtiyatı yaradılıb. Əkindən əvvəl toxumlar dərmanlanıb və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilib. Taxıl əkini hər bir sortun səpin normasına uyğun olaraq 180-200 kiloqram hesabı ilə aparılır, toxumla birlikdə torpağın strukturuna uyğun olaraq hər hektara 100 kiloqram zənginləşdirilmiş gübrə verilir. Bu günə qədər muxtar respublikada 21 min 901 hektar sahədə şum, 5 min hektardan artıq sahədə isə əkin aparılıb.

Bildirilib ki, "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1350 hektar sahədə payızlıq taxıl əkini aparılacaqdır. Bu günə qədər 360 hektar əkilib. Əkində yerli şəraitə uyğun "Qobustan”, "Fatimə”, "Quality” və "Bezostya” məhsuldar toxum sortlarından istifadə olunur. Əkinə təsərrüfatın 20 texnikası cəlb olunub. Şırım üsulu ilə əkin və ərazidə qurulan qapalı suvarma şəbəkəsi məhsuldarlığı xeyli artırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərin taxılçılığın inkişafı üçün geniş imkanlar yaratdığını bildirərək deyib: Mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, toxum və su ehtiyatının yaradılması, texnika təminatı imkan verir ki, muxtar respublikada taxıl əkinləri aqrotexniki qaydalara uyğun aparılsın. "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması torpaq mülkiyyətçilərinin məhsuldar toxum sortları ilə təmin olunmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Toxumların dərmanlanması, şırım üsulu ilə əkinə üstünlük verilməsi, dövlət tərəfindən hər il yüz hektarlarla qapalı suvarma şəbəkələrinin qurulması məhsuldarlığı artırmışdır. Bu işlərin görülməsində məqsəd ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir.

Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənildiyini bildirib və bu işdə əməyi olanlara təşəkkür edib.

Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılması, əkin atlaslarına əməl edilməsi, əkinə cəlb olunmuş texnikalara yerində texniki xidmətin göstərilməsi, qapalı suvarma şəbəkələri qurulacaq ərazilərin xəritələşdirilməsi, payız suvarma mövsümünə başlanılması və taxıl əkininin mütəşəkkil başa çatdırılması barədə aid qurumlara tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video