17 Oktyabr 2019 17:39
576
CƏMİYYƏT
A- A+

Maarifləndirici kurslarda seçkilərlə bağlı icra olunacaq müxtəlif prosedurlar ətraflı izah edilib


"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq, 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslar yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, maarifləndirici məqsəd daşıyan və üç gün davam edən kurslarda mütəxəssislər seçkilərlə bağlı icra olunacaq müxtəlif prosedurları ətraflı izah ediblər.

Oktyabrın 17-də keçirilən sonuncu tədbirdə çıxış edən 18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasının sədri İslam Muradov bildirib ki, kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra qurumlarının rolu, onların komissiyalarla səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb. Həmçinin kurslarda "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” və "Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında müvafiq dövlət qurumlarının nümayəndələri çıxış ediblər.

İslam Muradov dairə seçki komissiyalarının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün təşkil edilən kursların səmərəli olduğunu və uğurla yekunlaşdığını söyləyib.

Tədbirdə Nərimanov rayon prokurorluğunun nümayəndəsi Əsgər Həsənov "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib. O, prokurorluq orqanı və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən bəhs edib.

Tədbir çərçivəsində "Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MSK-ların fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda seminar keçirilib.

Diskussiya şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video