17 Oktyabr 2019 16:29
1251
PARLAMENT
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib


Oktyabrın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.

AZƏRTAC xəbər verir ki, əvvəlcə deputatlar "Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxdılar. Qeyd olundu ki, artıq ölkəmiz bir neçə dövlətlərlə bu qəbildən olan sazişlər bağlayıb. Sənəddə Sazişin məqsədi, məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi kontraktlar, bu sahədəki səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır. Deputatlar sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu bildirdilər.

Sonra iclasda "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və "Dövlət bayrağının istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Bildirildi ki, ölkə Prezidentinin 2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və "Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Bu Fərmanla Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirildiyindən təklif edilən bu qanunlarda dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra hər iki sənəd komitədə üç oxunuşda baxılmış sayılaraq Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video