17 Oktyabr 2019 16:26
740
CƏMİYYƏT
A- A+

Şimal bölgəsi üzrə 6 seçki dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara yekun vurulub


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə təşkil olunan ixtisaslaşdırılmış kurslar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 51 saylı Qusar seçki dairəsində təşkil olunan kursun sonuncu günündə üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Şahin Əsədli məruzəsində seçki prosesində KİV-lərin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb. Bildirilib ki, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm prinsiplərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədi ilə seçki kampaniyası zamanı müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur.

Daha sonra Qusar Rayon Prokurorluğunun əməkdaşı Nahid Hüseynov seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri haqqında ətraflı məlumat verib.

Dairə seçki komissiyalarının üzvləri və 62 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı kursda bildirilib ki, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə şərait yaradır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Dairə seçki komissiyasının sədri Cəlil İbrahimov məruzəsində bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, həmçinin bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi formalaşıb. Seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğı qarşıdakı seçki kampaniyasını da uğurla həyata keçirməyə imkan verir.

Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oktyabrın 17-də 51 saylı Qusar seçki dairəsi ilə yanaşı, şimal bölgəsində yerləşən 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrində də ixtisaslaşdırılmış kurslara yekun vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video