17 Oktyabr 2019 16:18
651
CƏMİYYƏT
A- A+

31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilib

Otuz bir saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.

AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.

Dairə seçki komissiyasının sədri İlham Bayramov seçkilərin şəffaf şəkildə keçirilməsində dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyətin düşdüyünü deyib. Qeyd edilib ki, seçkilərin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Bunun üçün hər cür imkan var və bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik.

Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənov bildirib ki, polisin əsas vəzifələrindən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaqdır. Daxili İşlər Nazirliyi seçki prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində seçki komissiyaları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərəcək.

Qeyd edək ki, 31 saylı Suraxanı seçki dairəsi üzrə 32 seçki məntəqəsi təşkil olunub. Onların 10-da veb-kameralar quraşdırılıb. 39 min 485 nəfərin adı seçici siyahısına salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video