17 Oktyabr 2019 15:13
537
İQTİSADİYYAT
A- A+

Komitə rəsmisi: Peyk Nəzarət Sistemi biçin başa çatdıqdan sonra torpaqların yandırılması faktlarını da aşkarlayacaq


"Torpaq səthinin monitorinqi və Peyk Nəzarət Sistemi”nin işləməsi nəticəsində əhali maarifləndiriləcək, inzibati xəta halları azalacaq, gələcəkdə torpaq qanunvericiliyinin pozulma halları aradan qaldırılacaq. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda torpaqların idarə edilməsi, torpaqlardan səmərəsiz istifadə hallarının aşkarlanması, qeyri-qanuni tikililərin və kənd təsərrüfatına yararlı torpaq sahələrinin müəyyən edilməsi, kənd təsərrüfatı torpaqlarının elmi əsaslarla idarə edilməsi, təbii fəlakətlərin monitorinqinin aparılması üçün qabaqcıl Avropa ölkələrinin təcrübəsi öyrənilib.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov deyib.

O bildirib ki, aparılan araşdırmaların nəticəsinə əsasən, kənd təsərrüfatı üçün əkinəyararlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ƏMDK tərəfindən torpaqların keyfiyyət göstəricilərinə uyğun qruplaşdırılaraq idarəetmə sisteminin yaradılması nəzərdə tutulur: "Bu məqsədlə Azərbaycanda həftə ərzində torpaq sahəsində olan dəyişikliklərin müəyyən edilməsi və bu sahədə mütəmadi nəzarəti təmin edən Peyk Nəzarət Sisteminin qurulması da mühüm əhəmiyyət kəsb edir. Sözügedən sistemin hazırlanmasında əsas məqsəd həftə ərzində torpaq sahəsində olan dəyişikliklərin, yəni yeni tikililərin müəyyən edilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasının aşkar edilməsi, taxılçılıq təsərrüfatlarında biçinin başa çatdıqdan sonra torpaqların yandırılması faktlarının aşkarlanması operativ mümkün olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video