17 Oktyabr 2019 15:13
665
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazdığı ilk quyuda yüksək nəticələr əldə edib


Prezident İlham Əliyevin göstərişi ilə 2013-cü ildə inşasına başlanılmış və dövlətimizin başçısının iştirakı ilə rəsmi açılış mərasimi ilə Xəzər dənizində əməliyyatlara yola salınmış Heydər Əliyev 6-cı nəsil yarımdalma qazma qurğusu "Kaspian Drilinq Kompani” şirkətinin idarəçiliyi ilə ötən ilin əvvəlindən qazma işlərini apardığı "Abşeron” yatağının "ABD-001” quyusunda qazma əməliyyatlarını müvəffəqiyyətlə başa vurub. Hazırda quyudakı rezervlərin qiymətləndirilməsi üzrə sınaq işləri yekunlaşır.

Xatırladaq ki, Heydər Əliyev 6-cı nəsil yarımdalma qazma qurğusu "Kaspian Drilinq Kompani” şirkətinin rəhbərliyi ilə Azərbaycan ərazisində inşa edilib. Layihənin maliyyələşdirilməsi 90 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondu, 10 faizi isə SOCAR tərəfindən olmaqla həyata keçirilib. Xüsusi qeyd etmək lazımdır ki, satınalmaların səmərəli planlaşdırılması, tikintinin cədvələ uyğun vaxtında icra edilməsi və ciddi layihə menecmenti hesabına "Kaspian Drilinq Kompani” layihənin ilkin büdcəsinə nəzərən 100 milyon ABŞ dollarından çox qənaətlə qurğunun tikintisini uğurla başa vurub.

Qurğu ümumilikdə neft və qaz sənayesində qazma əməliyyatlarında ən son müasir texnoloji avadanlıqlarla təchiz edilməklə dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikal qurğulardan biri hesab edilir. Onun ümumi uzunluğu 106.5 metr, eni 69,5 metr, hündürlüyü isə 130 metrdir. Onun ümumi çəkisi 26 min tondur. Qurğu 1 kilometr suyun dərinliyinə qədər qazma əməliyyatları həyata keçirilə bilər. Qazma dərinliyi maksimum 12,2 kilometrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Xüsusi vurğulamaq lazımdır ki, Xəzər dənizində ən dərin quyu "Kaspian Drilinq Kompani” şirkəti tərəfindən məhz Heydər Əliyev yarımdalma qazma qurğusu ilə "Abşeron” yatağının "ABD-001” quyusunda qazılıb (7411 metr). Qurğunun yükgötürmə qabiliyyəti 5600 ton, su tutumu isə 47500 tondur. Qurğuda heyətin maksimum sayı isə 160 nəfərdir. Qurğunun tikintisi prosesində 2395 işçi çalışıb ki, bu işçi qüvvənin də 80 faizə yaxını Azərbaycan vətəndaşlarından ibarət olub. Heydər Əliyev adına yarımdalma qazma qurğusu ən yeni texnoloji avadanlıqlara sahib olmaqla dünyada ən yüksək texnoloji üstünlüyə malik 6-cı nəsil yarımdalma qazma qurğularından biridir. O, həmçinin dünyada 20000 PSI atmosfer təzyiqi sistemi texnologiyasına sahib olan ilk yarımdalma qazma qurğusudur.

"Kaspian Drilinq Kompani Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Farid Axundov yarımdalma qazma qurğusunun ilk qazma əməliyyatları ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

- Heydər Əliyev adına yarımdalma qazma qurğusunun ilk qazma əməliyyatları ilə bağlı fəaliyyətini necə qiymətləndirərdiniz?

- Sirr deyil ki, dünya təcrübəsində adətən yeni tikilmiş qazma qurğularının həyata keçirdiyi qazma əməliyyatlarında fasilələr və müəyyən dayanmalar baş verir. Bu da çox zaman qurğuda quraşdırılmış avadanlıqların ilkin mərhələdə bir-birinə uyğunlaşmaması, belə olan halda müəyyən tənzimləyici tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlıdır. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, Heydər Əliyev yarımdalma qazma qurğusunun tikintidən sonra həyata keçirdiyi bu ilk qazma əməliyyatında heç bir fasilə və ya nasazlıq meydana gəlməyib. Bu da gərgin əməyimiz və xüsusi səylərimiz nəticəsində Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisinin yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirildiyinin bariz göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video