17 Oktyabr 2019 15:09
460
CƏMİYYƏT
A- A+

İxtisaslaşdırılmış kurslar seçki hüququ ilə bağlı məlumatların artırılmasında mühüm əhəmiyyət kəsb edir


Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə ölkənin regionlarında keçirdiyi seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursların sonuncu günündə dairə seçki komissiyasının üzvləri, 27 məntəqə seçki komissiyasının sədri, habelə bir köçkün rayonun seçki məntəqəsinin sədri iştirak edib.

Kursda "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda məruzə dinlənilib.

Sonra DSK sədri İbrahim Həsənov "Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MnSK-ların fəaliyyətinin təşkili və vəzifələri" mövzusunda seminar keçirib.

Mövcud qanunvericiliyin tələbləri, Seçki Məcəlləsinin konkret müddəaları şərh edilib, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı iştirakçılara müvafiq metodiki tövsiyələr verilib. Bildirilib ki, ixtisaslaşdırılmış kurslar DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı məlumatların artırılması baxımından mühüm önəm kəsb edir.

Mövzular ətrafında fikir mübadiləsi aparılıb, dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video