17 Oktyabr 2019 13:37
548
SİYASƏT
A- A+

Türkiyəli gənc: Türk Şurasının Bakı Sammitində səsləndirilən birlik mesajları mühüm önəm kəsb edir


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü mühüm əhəmiyyətə malikdir. Təşkilatın tərkibinin genişlənməsi, Bakı Sammitində qəbul edilən qərarlar, dövlət və hökumət başçılarının birlik mesajları mühüm önəm kəsb edir. Bu birlik türk dünyasının beynəlxalq aləmdə aparıcı inkişaf mərkəzinə çevrilməsinin əsasını yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri İlteriş Kağan Taşkınsu söyləyib. O deyib: "Ümidvarıq ki, Türk Şurası Gənclər Platformasının Bakıda keçirilən birinci Baş Assambleyası çoxşaxəli fəaliyyət strategiyası müəyyənləşdirməklə türk dünyasının ortaq problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında təsirli vasitələrdən istifadə edəcək. Eləcə də Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunması, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya gəncləri ilə bölüşmək əsas hədəfimizə çevrilməlidir. Əminliklə deyə bilərəm ki, təşkilat bütün türksoylu gənclərin birlik mərkəzi olaraq tarixi missiya həyata keçirəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video