Alternative content

15:19 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:36 17.10.2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nəşrdə azərbaycançılıq ideyasının mədəni, mənəvi və tarixi köklərindən, sovetlər dövründə bu ideyaya münasibətdən, ulu öndər Heydər Əliyev tərəfindən azərbaycançılığın dövlət ideologiyası səviyyəsində təsdiq olunmasından, müstəqil dövlət quruculuğu prosesində bu ideyanın təbliği və təşviqindən bəhs edilir.

Üç fəsildən ibarət kitabda müəllif, eyni zamanda, azərbaycançılıq ideologiyasında dini-mənəvi dəyərlərin mühüm yer tutması, milli-mənəvi dəyərlərin xalqın mənəviyyatı, dünyagörüşü, həyat və düşüncə tərzinin ayrılmaz hissəsini təşkil etməsi, ideologiyanın tərkib hissəsində İslam dininin dəyərlərinin mühüm yeri və əhəmiyyəti kimi məsələlərə toxunub.

Müəllif kitabın "Mənəvi dəyərlər azərbaycançılıq ideologiyasının hissəsi kimi” adlanan üçüncü fəslində ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcını qoyduğunu, ölkəmizdə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alaraq multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyənləşdirdiyini vurğulayıb.

M.Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifələri üzərinə götürən ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi missiyadan geniş bəhs edib.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislər, eləcə də siyasi şərhçilər və gənc tədqiqatçılar üçün faydalı ola bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM