Alternative content

07:37 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güc artır, əlaqələr dərinləşir, coğrafiya genişlənir
Güc artır, əlaqələr dərinləşir, coğrafiya genişlənir
ANA SƏHİFƏ / SİYASƏT
02:23 17.10.2019


Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü təşkilatın fəaliyyətində xüsusi canlanma yaratdı


Ortaq soy-kök, tarix, din, mədəniyyət, milli dəyərlər, səmimi dostluq-qardaşlıq münasibətləri...

Türkdilli dövlətləri bir-birinə bağlayan bu möhkəm bağlar 10 il öncə Naxçıvanda Türk Şurasının yaradılması ilə daha da möhkəmləndi və şaxələndi. Bu gün isə on yaşlı Şuranın fəaliyyəti türk dünyasının sarsılmaz birliyinin real təzahürüdür, desək yanılmarıq. Elə oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə səslənən fikirlər, qəbul edilən qərarlar da Türk Şurasının getdikcə daha da mütəşəkkil təşkilata çevrildiyini təsdiqləyən reallıq oldu. Ölkə liderləri maraqlı çıxışları ilə dünyaya bir daha bəyan etdilər ki, türkdilli dövlətlərin əlaqələri getdikcə möhkəmlənir, genişlənir və inkişaf edir.


10 il öncə yaradılan yeni əməkdaşlıq formatı


Bir kökdən olan dövlətlərin birliyi - Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçdi və Qəbələdən (2013-cü il) sonra Bakı şəhəri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünə evsahibliyi etdi.

VII Zirvə Görüşünün əsas özəlliyi isə Şuranın yaranmasının 10-cu ilinə təsadüf etməsi idi. Bu təşkilat 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanmış sazişə əsasən yaradılıb.

Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bu tarixi hadisəni dəyərləndirərkən bildirdi ki, məhz həmin sazişdən sonra türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı: "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Dövlət başçısının söylədiyi kimi, 10 il öncə yaradılan yeni əməkdaşlıq formatı dost və qardaş ölkələri bir-birinə daha da yaxınlaşdırdı. Türk Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdi və hazırda türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizi, maddi və mənəvi dəyərlərimizi dünya səviyyəsində təbliğ edir.

Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirir.

Bir sözlə, hər il keçirilən Zirvə Görüşü dövlətlərin bir-biri ilə daha sıx münasibətinin qurulmasına, iqtisadi inkişafda dəstək olmasına və ən əsası, bir-birinin probleminə ümumi potensialla yanaşmasına imkan verir.


Türk Şurasının daha da qüdrətlənməsinə Azərbaycan töhfəsi


Bu bir həqiqətdir ki, Azərbaycan dövləti türk dünyasının daha da qüdrətlənməsi, türkdilli dövlətlərin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsi istiqamətində daim ciddi addımlar atıb. Hətta ölkə siyasətini digər türkdilli dövlətlərlə müqayisə etsək, görərik ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan hər zaman türkdilli dövlətlərin mədəni, siyasi, iqtisadi və humanitar inteqrasiyasında öz töhfəsini verib və bunu çəkinmədən edib.

Prezident İlham Əliyevin son 16 illik uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir. Cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də öz siyasi enerjisini əsirgəməyərək türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk lideri olaraq böyük xidmət göstərməkdədir. Azərbaycan Prezidenti təkcə Türk Şurasının Zirvə Görüşlərində deyil, qardaş ölkələrə bütün səfərlərində də istənilən sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini irəli sürür.

Oktyabr ayının 15-dən isə Azərbaycan Şuraya sədrliyi üzərinə götürdü. Əminliklə deyə bilərik ki, Azərbaycan bu müddət ərzində Türk Şürasının daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. Prezident İlham Əliyev də çıxışında hər kəsi əmin etdi ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək: "Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin”.


Əməkdaşlıq keyfiyyətcə yeni pilləyə qalxır


Türk Şurasının 10 illiyinin digər əlamətdar hadisəsi Özbəkistanın təşkilata tamhüquqlu üzv kimi qəbul olunması və Macarıstanın görüşdə iştirakı idi.

Əlbəttə ki, bu, birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək bir hadisədir. Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv kimi qəbul olunması və ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisinin fəaliyyətə başlaması həm körpülərin, həm də xalqların qardaşlıq tellərinin möhkəmlənməsinə xidmət edir. Macarıstanda açılan ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına da təkan vercək.

Azərbaycan Prezidenti Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulmasını və Macarıstanda Şuranın ofisinin açılmasını çox əlamətdar hadisə kimi qiymətləndirdi və bildirdi ki, bu proses qurumun coğrafiyasını genişləndirir və gücünü artırır. Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır: "Səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətcə yeni pilləyə qalxmasına imkan yaradacaqdır”.

Ümumiyyətlə, Azərbaycan Türk Şurasının yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu mənada respublikamızın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər xüsusilə diqqəti cəlb edir. Rəsmi Bakı nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir.


270 milyard dollardan çox sərmayə


Türk Şurasının zirvə görüşləri ənənəvi olaraq əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Bakıda keçirilən builki tədbir isə "Kiçik və orta sahibkarlığın inkişafı” mövzusuna həsr edilmişdir. Bu məsələ mühüm aktuallıq kəsb edirdi. Elə Azərbaycanın özündə son illər bu sahədə uğurlu layihələr reallaşıdırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qısa müddətdə ölkədə kiçik və orta sahibkarlığın inkişafının ən yaxın dəstəkçisinə çevrilib. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard dollar həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

Cənab İlham Əliyevin iqtisadi sahədə apardığı islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir.


Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz


Zirvə Görüşündə Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı siyasətindən də söz açdı: "Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”.

Prezident ölkəmizin nəqliyyat sahəsində iştirak etdiyi layihələrdən də danışdı və vurğuladı ki, tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında bu sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Azərbaycan "Şərq-Qərb nəqliyyat dəhlizi”nin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfədir. Bu gün Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.


Türk dünyasının tarixində yeni səhifə açıldı


Beləliklə, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü həm Azərbaycan tarixinə, həm də türk dünyasının tarixində yeni səhifə açdı. Zirvə Görüşündə həm türk dünyasının özü üçün faydalı qərarlar qəbul olundu, həm də ölkə liderləri tərəfindən dünyanın taleyinə bu və ya digər şəkildə təsir edəcək fikirlər səsləndirildi.

Bakı görüşü Türk Şurasının fəaliyyətində xüsusi canlanma yaratdı və türk xalqlarının birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisə kimi yaddaşlara yazıldı.

Prezident İlham Əliyev isə həm türk dünyasının birləşdirilməsi istiqamətində, həm də Ermənistanın işğalçı siyasətini bir daha ifşa edən fikirlər səsləndirdi. Zirvə Görüşündə iştirak edən dövlət başçıları, hökümət rəsmiləri cənab İlham Əliyevin çıxışındakı bütün məqamlara dəstək verdilər. Bir daha dünyaya, o cümlədən Ermənistana və onun havadarlarına bəlli oldu ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM