Alternative content

10:15 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
ANA SƏHİFƏ / SİYASƏT
02:09 17.10.2019


Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququn prinsiplərindən söz açaraq, bütün dövlətləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, gülünc və əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən "Sülh çeşməsi” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib.

AZƏRTAC xəbər verir ki, bir qədər sonra tədbirdə söz almış Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov Ermənistanın parlament sədrinin çıxışına münasibət bildirərək, Ermənistanın beynəlxalq hüququ və onun universal prinsiplərini ən kobud şəkildə pozan dövlət olduğunu, Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən 25 ildən artıq müddət ərzində icra olunmadığını qeyd edib.

A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə isə, deputatımız Ermənistanın parlament sədrinə nizamnamənin 25-ci bəndində təşkilatın üzvlərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb və ona bu çağırışın, ilk növbədə, öz ölkəsinə ünvanlanmasını tövsiyə edib.

Eyni zamanda Kamran Bayramov bildirib ki, Ermənistanın baş nazirinin bir müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı verdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini ümumiyyətlə qəbul etmədiyini göstərir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM