Alternative content

13:41 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Saf rənglər” VI beynəlxalq rəsm yaradıcılığı festivalının açılışı olub
Bakıda “Saf rənglər” VI beynəlxalq rəsm yaradıcılığı festivalının açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
22:07 16.10.2019

Oktyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin "Saf rənglər” VI beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Təhsil Nazirliyi, ADRA və "Kainat” Gənclər Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri İrfan Çiftçi, "Kainat” Gənclər Mərkəzinin direktoru Rahib Rəsulzadə və digər çıxış edənlər uşaqların yaradıcılıq istedadlarının üzə çıxarılması baxımından festivalın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 2013-cü ildən keçirilən "Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisədir. Festivalın beynəlxalq miqyasda tanınması son illər nəzərəçarpacaq dərəcədə artıb, coğrafi əhatə dairəsi genişlənərək 16 iştirakçı ölkədən 2018-ci ildə 42 ölkəyə çatıb. Bu müddətdə Rəssamlıq Akademiyasının salonlarında 720 gənc rəssamın 1069 əsəri nümayiş olunub.

Festivalın müsabiqə proqramına "Azərbaycan: ölkənin müasir həyatı, tarixi və mədəniyyəti”, "Mənim ölkəmin müasir həyatı, tarixi və mədəniyyəti”, "İdman”, "Ekologiya”, "Təhlükəsiz dünya” nominasiyaları daxil edilib. Festivalın 3 yaşdan 18 yaşa qədər olan iştirakçıları təsviri sənətin ənənəvi növ və janrlarında (rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət), həmçinin müasir incəsənətin multimedia, instalyasiya, kompüter qrafikası və animasiya növlərində öz işlərini nümayiş etdirirlər.

"Saf rənglər” festivalının münsiflər heyətinin tərkibinə Rusiya Federasiyası Omsk şəhərinin "Leqenda” studiyasının rəhbəri Svetlana Zaxarova, Hindistanın "Metropolis” assosiasiyasının üzvü Pritu Sinqx və Çili səfirliyinin nümayəndəsi Yelena Jara daxildir. Münsiflər heyətinin sədri ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Fuad Salayevdir.

Festivalın işində Rahib Rəsulzadənin rəhbərliyi ilə fəaliyyət göstərən "Kainat” Gənclər Mərkəzi əhəmiyyətli rol oynayır. Mərkəz festivalın daimi sponsoru, 2019-cu ildən isə Rəssamlıq Akademiyası ilə yanaşı, təşkilat komitəsinin həmsədridir.

Tədbirin ictimai və beynəlxalq səviyyəsini artırmaq məqsədilə təşkilat komitəsi 2016-cı ildən festivalın xarici iştirakçıları üçün xüsusi statuslu "qonaq” dərəcəsini tətbiq edib. Bu statusa uyğun olaraq iştirakçı festivala öz ölkəsinin simvolunu "sülh” mesajı kimi çatdıra bilər. Bu il "Saf rənglər”in xüsusi statuslu qonağı Özbəkistandır. Festival təsviri sənət dərslərinə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olur. "Duyğu” reabilitasiya mərkəzinin şagirdləri festivalın daimi iştirakçılarıdır.

Tədbirdə iştirakçılara fəxri mükafatlar təqdim olunub.

Açılış mərasimində müxtəlif nazirlik və təşkilatların, səfirliklərin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM