16 Oktyabr 2019 19:19
643
İQTİSADİYYAT
A- A+

“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir


Belarusun paytaxtı Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və bu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, cari ilin 8 ayında beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, bu ilin mayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 8 ayda dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran Dəmir Yolu Administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur.

Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, "Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə "Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər. İclasın sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video