16 Oktyabr 2019 18:22
1119
PARLAMENT
A- A+

Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir


Oktyabrın 16-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın da inkişaf etdiyini deyib. Bildirib ki, dost Koreyanın bir çox şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu günədək iki ölkə arasında 62 hüquqi sənəd imzalanıb. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olub.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan ilə Koreya arasındakı ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Bu göstəricilərin daha da artması üçün görüləcək işlər çoxdur. İqtisadi əlaqələrimizin inkişafı üçün Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb. Azərbaycanda 67 Koreya investisiyalı şirkət qeydiyyatdan keçib. Azərbaycan Koreyaya 427 milyon, Koreya isə Azərbaycana 185 milyon dollar həcmində investisiya yatırıb.

Oqtay Əsədov bildirib ki, ikitərəfli münasibətlərin inkişafına hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları da öz töhfələrini verir. Dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivliyinin artırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sədr Koreyanı Türkdilli Ölkələrin Parlament Assambleyasında müşahidəçi qismində iştiraka dəvət edib.

Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, aparılan islahatları yüksək qiymətləndirib. Bildirib ki, Koreya informasiya texnologiyaları sahəsində öz təcrübəsini Azərbaycanla bölüşə, Azərbaycanın isə təbii resursların istifadəsi təcrübəsindən bəhrələnə bilər.

Qonaq diqqətə çatdırıb ki, Azərbaycan Koreya üçün mühüm əhəmiyyət kəsb edir və ölkəsi TÜRKPA-da müşahidəçi qismində iştirak etmək niyyətindədir. Koreya Cənubi Qafqazın bu bölgəsinə - Azərbaycana xüsusi maraq göstərir və gələcəkdə də əlaqələrini dərinləşdirmək niyyətindədir.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komitə sədri Əhliman Əmiraslanov, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, işçi qrupun üzvləri, komitə sədri Ülvi Quliyev, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Rauf Əliyev, səfirlər Kim Tonq Op, Rəmzi Teymurov və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video