16 Oktyabr 2019 18:19
576
CƏMİYYƏT
A- A+

Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir


Azərbaycanda səfərdə olan Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 16-da Ədliyyə Nazirliyində görüş keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov görüşdə dost və qardaş ölkələrimizin bütün sahələrdə səmərəli əməkdaşlığını, bu əlaqələrin qurulmasında və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. Nazir müavini dövlət başçılarının iştirakı ilə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə toxunaraq ölkələrimizin bir-birinə dəstəyinin önəmini vurğulayıb.

A.Cəfərov ölkələrimizin hüquqi sahədə uğurla əməkdaş etdiyini, ədliyyə orqanlarının, o cümlədən Ədliyyə akademiyalarının səmərəli qarşılıqlı fəaliyyətini diqqətə çatdırıb. Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edən nazir müavini məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti və Şuranın səlahiyyətlərinin daim artırılması barədə məlumat verib. Həmçinin hakimlərin Avropada ən şəffaf seçiminə və tədrisinə toxunularaq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakı, Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə hakimliyə bütün namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçmələri məmnunluqla qeyd olunub.

Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Halil Koç Türk Şurasının Zirvə Görüşünün keçirildiyi dövrə təsadüf edən hazırkı səfərin məqsədinin türkdilli ölkələrin hüquq şuralarının bir araya gələrək əlaqələri canlandırmaq olduğunu vurğulayıb, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının fəaliyyəti haqqında məlumat verib.

Söhbət zamanı əməkdaşlığa dair və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, ədliyyə fəaliyyəti ilə bağlı maraq doğuran suallar ətraflı cavablandırılıb. Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanaraq qarşılıqlı fəaliyyətin genişləndirilməsinə niyyət ifadə edilib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video