16 Oktyabr 2019 16:28
1066
Elm və texnika
A- A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilir


Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi və 70 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylini təbrik edib. AMEA-nın Fəxri Fərmanını akademikə təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, "Gənc kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.

Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu ölkənin vitse-prezidenti İliana İotova ilə görüş keçirilib. İki ölkə arasında mövcud elmi əməkdaşlığın müzakirə olunduğunu deyən akademik əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

Akif Əlizadə nümayəndə heyətinin Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşdüyünü və ona "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunduğunu, Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyinin ziyarət edildiyini diqqətə çatdırıb.

Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibəsində AMEA-nın son illərdəki fəaliyyəti, həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verdiyini əlavə edib.

İclasda AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunlarına dair qərar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video