16 Oktyabr 2019 16:21
1393
CƏMİYYƏT
A- A+

UNICEF: dünyada hər üç uşaqdan biri pis qidalanma ilə bağlı problemlərdən əziyyət çəkir


Dünyada beş yaşınadək olan hər üç uşaqdan biri, yəni cəmi 200 milyon azyaşlı ya doyunca qidalanmır, yaxud da artıq çəkidən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqların qidalanmasına və sağlamlığına həsr olunan məruzəsində bildirilir.

Məruzədə deyilir ki, 6 aydan 2 yaşadək hər üç uşaqdan ikisinin rasionu sağlam qida normalarına uyğun gəlmir. Həmin uşaqlar onların boylarının artması və inkişafı üçün zəruri olan bəsləyici maddələri doyunca qəbul etmirlər. Bu, zəif immunitet, infeksiyalara yüksək həssaslıq, təlimin aşağı səviyyəsi və intellektual inkişafın ləngiməsi kimi problemlərə gətirib çıxara bilər.

"Son onilliklərin texnoloji, mədəni və sosial tərəqqisinə baxmayaraq, biz çox sadə həqiqət barədə unutmuşuq: əgər uşaqlar pis qidalanırsa, deməli pis yaşayır. Milyonlarla uşağın qidalanma rejimi çox pisdir, onların sadəcə, başqa seçimləri yoxdur”, - deyə UNICEF-in başçısı Genrietta For bildirir.

"Biz doyunca qidalanmamaya qarşı öz münasibətimizi dəyişməliyik: iş təkcə uşaqların nə qədər yeməyində deyil, həm də nə ilə qidalanmasındadır”, - deyə For əlavə edib.

Məruzədəki göstəricilərə görə, doyunca yeməmək səbəbindən dünyada 5 yaşından aşağı olan təqribən 150 milyon uşaq yetərsiz boy artımından, 50 milyonu isə çəki azlığından əziyyət çəkirlər. Bununla yanaşı, bu yaş qrupunda olan 40 milyon uşaq pis, tarazlaşdırılmamış qidalanma ucbatından artıq çəkidən əziyyət çəkir.

Ekspertlər qeyd edirlər ki, qidalanma ilə problemlər körpənin ilk aylarından başlayır. Belə ki, yenidoğulanların yalnız 42 faizi ana südü ilə qidalanır. Orta gəlirdən yuxarı səviyyəli olan Braziliya, Çin və Türkiyə kimi ölkələrdə uşaqlar üçün südlü sıyıqların satışı son 5 ildə 72 faiz artıb.

Daha sonra, yaşyarımlıq uşaqların "böyüklərin yeməyi”nə öyrəşdirilməsi zamanı onlardan təxminən yarısının rasionunda meyvə və tərəvəzlər olmur. 6 aylıqdan tutmuş 2 yaşadək uşaqların 60 faizi yumurta, süd məhsulları, balıq və ət ilə qidalanmırlar.

Məktəbyaşlı uşaqlar tez-tez yarımfabrikatlar və "fastfud” qidalar qəbul edirlər. Aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə məktəblilərin 42 faizi hər gün şirin qazlı içkilər içir, 46 faizi isə azı həftədə bir dəfə "fastfud” restoranlarında qidalanır. Yüksək gəlirə malik ölkələrdə bu göstəricilər müvafiq olaraq, 62 və 49 faiz təşkil edir.

Mütəxəssislər qeyd edirlər ki, nəticədə, 2000-ci ildən 2016-cı ilədək olan dövrdə artıq çəkiyə malik uşaqların sayı iki dəfə artıb. Hazırda 5 yaşdan 19 yaşadək olan uşaqlar arasında hər beşincisi artıq çəkidən əziyyət çəkir.

UNICEF-də uşaqlar arasında doyunca yeməmək və qeyri-sağlam qidalanmaya qarşı bir sıra tədbirlər təklif edirlər. Onların sırasına zərərli ərzaqlara tələbatın azaldılması tədbirləri, o cümlədən şəkərtərkibli içkilərə əlavə vergi tətbiq olunması, uşaqlar üçün nəzərdə tutulan qida məhsullarının reklam və marketinqi üzərində qanunvericilik nəzarətinin qoyulması, həmçinin sağlam, tamdəyərli qidanın dəstəklənməsi məqsədilə məlumat və maarifləndirmə kampaniyalarının icrası üzrə tədbirlər daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video