16 Oktyabr 2019 16:18
430
SİYASƏT
A- A+

Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik dövlətdir və bunu Türk Şurasının Zirvə Görüşündə də bir daha sübut etdi. Azərbaycan, təkcə dünya neft bazarında deyil, həmçinin regionda lider dövlət kimi böyük rol oynayır.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün nəticələrini şərh edərkən Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko söyləyib.

Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərdən gələn gəliri düzgün idarə etməklə təkcə Asiyada deyil, həm də Avropadakı ölkələrdən dost qazanmağın mümkünlüyünü göstərən nümunəvi ölkədir.

"Dünya dəyişir. Qloballaşma davam edir və ölkələrin, o cümlədən türk dövlətlərinin zamanla yeni reallıqlarda dəyişməsi çox vacibdir. Qloballaşma, ilk növbədə, milli adət-ənənələrini qoruyub saxlamaqla ölkələr və xalqlar arasındakı sərhədin aradan qaldırılmasıdır”, - deyə A.Oxrimenko əlavə edib.

Ukrayna Analitik Mərkəzin rəhbəri hesab edir ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü qloballaşan dünyada türk xalqlarının varlığı üçün yeni bir strategiyanın işlənib hazırlanmasına öz töhfəsini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video