16 Oktyabr 2019 03:28
1258
İDMAN
A- A+

Gənclər Prezidentlə həmrəydirlər


Ağcabədi Olimpiya İdman Kompleksində festival keçirilmişdir


Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday” Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına "Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavab verməsinə həmrəylik məqsədilə festival keçirilmişdir.

Festivalda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 3500 nəfərdən artıq ictimaiyyət nümayəndəsi iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Festival iştirakçıları Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun "Mən hər bir azərbaycanlını "Qarabağ Azərbaycandır!” hərəkatına səsləyirəm” çağırışına öz dəstəklərini ifadə etmək üçün 50 dəqiqə müddətində kompleksin ərazisində vətənpərvərlik mövzusunda mahnıların sədaları altında əllərində Azərbaycan Respublikasının dövlət bayraqları ilə yürüş edərək "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər. Yürüşün önündə Azərbaycan əsgərləri uzunluğu 16 m, eni

8 m olan müqəddəs üçrəngli bayrağımızı öz çiyinlərində şərəflə daşımışlar.

Festival zamanı Ağcabədi Olimpiya İdman Kompleksinin voleybol və futbol meydançalarında idmançıların iştirakı ilə minifutbol, voleybol, sürətli şahmat, kəndirdartma idman növləri üzrə oyunlar və Şərq idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur. Rayon məktəblərinin "Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da tədbirdə iştirak etmişlər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video