Alternative content

15:23 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarşılıqlı əməkdaşlığa İtaliyanın töhfəsi
Qarşılıqlı əməkdaşlığa İtaliyanın töhfəsi
ANA SƏHİFƏ / SİYASƏT
03:27 16.10.2019


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə daimi komissiyanın üzvü Cianluka Ferrara, katibliyin rəhbərinin müavini Cianluka Polverari daxil olub.

Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında mövcud olan yüksəksəviyyəli münasibətləri məmnunluqla vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Xüsusilə enerji sahəsində mövcud əməkdaşlığı vurğulayan nazir "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan Trans-Adriatik boru kəmərinin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Vito Petroçelli iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin parlamentin təmsilçisi qismində onlar tərəfindən tam dəstəkləndiyini qeyd edib. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıqla yanaşı, mədəniyyət sahəsində, eləcə də xalqlar arasında əlaqələrin inkişafının əhəmiyyəti ifadə olunub. Azərbaycanın "Bir kəmər, bir yol” layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edən Elmar Məmmədyarov Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları ilə bağlı qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri, bu əməkdaşlığa İtaliyanın töhfəsi mövzusunda müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM