Alternative content

15:21 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük Ağa
Böyük Ağa
ANA SƏHİFƏ / Mədəniyyət
03:17 16.10.2019


Dünyaya göz açdığı ocaq ondan qabaq da müqəddəs sayılırdı. Çünki seyid nəslindən idilər. İmam övladları təqiblərə məruz qaldıqları vaxtlarda təhlükələrdən xilas olmaq üçün müxtəlif yerlərə üz tutmuşdular. Onun babaları da Azərbaycanı seçmişdilər.


Ağa Seyid Əlinin uşaqlıq illəri


Atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayırdı. Onun 1884-cü ildə Böyük Qala küçəsində birmərtəbəli ev alması, bir il sonra isə burada ikimərtəbəli ev tikdirmək üçün Bakı Şəhər İdarəsinə müraciət etməsi barədə sənədlər mövcuddur.

Anası Xədicə xanım Mir Qasımova da seyid nəslindən idi. Onların altı övladları oldu: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid Əli, Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmanisə. Ağa Seyid Əli ailənin ikinci oğlu idi. Taleyinin fərqli olacağını valideynləri o, hələ körpə ikən anladılar. Ağa Seyid Əli xəstəydi. Hərə bir söz dedi. Kimi uşağın xəstəliyinin anadangəlmə olduğunu, kimi isə doğuş zamanı əbəçinin ehtiyatsızlığı ucbatından iflicə mübtəla olduğunu söylədi. Valideynləri hiss edirdilər ki, Ağa Seyid Əli bu mərəzdən qurtulmayacaq, ömrünün sonunadək pak ruhunu xəstə, zəif cismində daşıyacaq. Atası ona baxdıqca: "İlahi, qədər-qismət, təqdir Sənindir. Hökmünə şükürlər olsun!” deyib dua edirdi. Seyid Xədicə də həyat yoldaşı kimi Yaradanın təqdirindən gileylənmirdi. Onun övladı başqa uşaqlar kimi oynamır, qaçmır, azad-asudə danışıb-gülmürdü. Amma ana, nədənsə, bu körpənin halına acıya, ona şikəst kimi baxa bilmirdi. Ona hər dəfə nəzər saldıqca qəlbini izahedilməz fərəh bürüyürdü. Balaca Ağa Seyid Əlinin siması elə nurlu idi ki...

Bu ocaqda islam dininin qaydaları uca tutulurdu. Evin böyük oğlu Seyid Hüseyn ağa Məkkəyə, Mədinəyə getmiş, dini və dünyəvi elmlər sahəsində mükəmməl təhsil almışdı. O, geri döndükdən sonra Mir Mövsümzadələrin evi şəhərdə dini yığıncaqlar yerinə çevrildi. Dini elmlərlə yanaşı, fizikanı, riyaziyyatı, astronomiyanı gözəl bilən Seyid Hüseyn ağa Bakıda bir çoxlarının, eləcə də milyonçular Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və başqalarının söhbətlərindən doymadığı möhtərəm bir insan kimi tanındı. Mir Əbutalib ağa dünyadan köçdükdən sonra ailənin başçısı da o sayıldı.


Məsumun duası


1918-ci ildə Bakıda ermənilər yenidən qırğınlar törətməyə başladılar. Onların qəddarlığını yaxşı bilən azərbaycanlı sahibkarlar Mir Mövsümzadələri ermənilərin basqınlarından qorumaq qərarına gəldilər. Seyid Hüseyn ağaya müraciət etdilər. Onu Bakını ailəliklə müvəqqəti tərk etməyə, gəmi ilə İrana getməyə, ara sakitləşənədək orada qalmağa razı saldılar.

...İçərişəhərdəki evlərinə vurulan qıfıl bir də 1920-ci ilin əvvəllərində açıldı. Mir Mövsümzadələr İranın Ənzəli şəhərindən Bakıya döndülər.

...Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirəndə artıq nə Mir Əbutalib ağa sağ idi, nə də Xədicə xanım. O günü görmək Seyid Hüseyn ağaya da nəsib olmadı. Geri döndüklərindən bir neçə ay sonra o da bu dünyadan köçdü. Vəsiyyətinə əməl etdilər. Cənazəsini Kərbəlaya aparıb, orada torpağa tapşırdılar (Seyid Hüseyn ağanın valideynlərinin də Kərbəlada dəfn olunduqları güman edilir).

Sovet hökumətinin qərarıyla məscidlər uçurulur, seyidlər, axundlar, mollalar sıxışdırılır, insanları öz dini inancından üz çevirməyə məcbur edirdilər. Həmin çətin illərdə Ağa Seyid Əlinin ziyarətinə gələnlərin sayı azalmadı. Onu kimisi Ətağa, kimisi Böyük Ağa, kimisi isə Mir Mövsüm Ağa deyə çağırırdı. Ocağına üz tutanlar ondan xeyir-dua istəyir, problemlərinin çözüləcəyinə, diləklərinin yerinə yetəcəyinə inanırdılar. Hətta Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun da ona hörmət bəsləməsi, ehtiramla yanaşması barədə o vaxtlar dillərdə dolaşan hekayətlərin bəziləri bugünədək unudulmayıb. Mir Mövsüm Ağanın həyatı, gün-güzəranı hər zaman Mir Cəfər Bağırovun diqqətində idi. Ona olan sevgini də, bəslənən inamı da görürdü. Özünə toxunmasalar da, qapısına gələnlərin ayağını buradan kəsməyə çalışırdılar. Amma buna nail ola bilmədilər.

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Bakıda da əli silah tutan hər kəs cəbhəyə yola salınırdı. Gedənlər əvvəlcə Böyük Ağanı ziyarət edir, cəddinə müraciət edib nəzir deyir, sağ-salamat geri dönmələri üçün onun ocağında Allaha dua edirdilər. Bəzisi əynindən köynəyini çıxarıb bu evdə qoyur: "Nəzir edirəm, salamat qayıdım, bu köynəyi öz əlimlə gəlib buradan götürüm” deyirdi.

Sovet hökumətinə o zamanlar təkcə döyüşçülər lazım deyildi. Kəndlər, şəhərlər gündən-günə boşalırdı. Ona görə də bir nəfər bir neçə adamın yerinə işləməliydi. İnsanları zorla bu qədər əlləşməyə, əziyyətlərə qatlaşmağa məcbur etmək mümkün deyildi. Bunun üçün sözlər, təmtəraqlı vədlər də kifayət deyildi. Doğmalarını odun-alovun içərisinə yola salanların inamını yaşatmaq lazımıydı. Allahın varlığını, böyüklüyünü xatırladanlardan birinə - Böyük Ağaya sevgi bu yerdə vacib idi. Ona görə də qapısına gələnlərə toxunmurdular. Böyük Ağa isə yenə də əvvəlki kimi insan əlləriylə qurulan bütün eybəcərliklərdən, siyasi oyunlardan uzaq olan öz təmiz dünyasında olub-bitənlərə əhəmiyyət vermədən Allahdan insanlara şəfa, Yer üzünə salamatlıq diləyirdi.

Müharibə illərində o, Azərbaycanda Sovet hökumətinə həm də maddi cəhətdən lazım oldu. Ağa Seyid Əlidən böyük məbləğdə vergi alınırdı. Çoxlarının cəllad kimi baxdığı Bağırovun hakimiyyəti dövründə heç vaxt Böyük Ağanı həbs etmək üçün gəlmədilər. Mir Cəfər niyə Ağanı həbs etdirməyib? Bəlkə də onun nüfuzu lazım idi birinci katibə? Bəlkə də fiziki cəhətdən xəstə olan Ağanı həbs etməklə öz nüfuzunu heçə endirmək istəmirdi? İndi bu suala doğru-dürüst kim cavab verə bilər ki? Bilinən budur ki, müharibədən sonra da Böyük Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Onun öz evində isə bir taxtdan, dolabdan, dəmir çarpayıdan, stullardan başqa heç nə yox idi...

Bir dəfə Böyük Ağanın adından verilən vergi gecikdirildi. Rayon maliyyə şöbəsində onun borcu hesablandı. Həmin məbləğin ödənilməsi üçün çıxarılan qərara əsasən, Ağanın evindən əşyalarını aparmağa gəldilər. Sürücü məsələni yalnız Ağa Seyid Əlinin evindəki avadanlıqlar maşına yükləndikdən sonra bildi. O, maşını sürməkdən imtina etdi. Nə qədər israr edirlərsə, razılıq vermədi: "Apara bilmərəm, mənim ailəm var” dedi. Bundan sonra üç-dörd sürücü gətirdilər. Onlar da Ağanın evinin əşyalarını aparmaqdan imtina etdilər.


Sevgi dolu ürəyin sahibi


Böyük Ağa insanları çox sevirdi. Onun qulluğunda dayanmağı savab sayanların, özü üçün səadət hesab edənlərin sayı-hesabı yox idi. Amma Böyük Ağa heç kimə qıymırdı. Bəzən kimsə qapısına gəlirdi, "bura gəlib dilək diləmişdim, deyir. - Şükür Allaha, arzum yerinə yetdi. Niyyətim var, gərək bu həyəti süpürüb-təmizləyəm”. Ağa gülümsəyər, onları başa salardı ki, lazım deyil. Həmin adamlar israr edəndə ürəklərini sındırmırdı: "Elə mənim başmağımı buradan götür, ora qoy, bəsdir. Hesab et ki, niyyətini yerinə yetirmisən”.

Cavan vaxtlarında çətinliklə də olsa, gəzir, danışırdı. Sonralar ayaqları yeriməkdən qaldı, dili söz tutmaqdan. Bacısı Səkinə xanım həmişə yanındaydı. O özündən iki-üç yaş böyük qardaşı Böyük Ağanı həddindən artıq çox istəyir, qulluğunda dayanırdı. Çox yaraşıqlı, ağbəniz simalı Səkinə xanım qardaşına xidmət etmək üçün öz səadətindən də imtina edərək heç zaman ailə qurmadı.

Böyük Ağanın İçərişəhərdəki evinə möhtac adamlar gəlirdilər. Kimi sağlamlıq diləyilə, kimi də intizardan qurtulmaq ümidiylə... Uzun növbələr yaranırdı. Adamlar eyvanda öz kürsüsündə oturmuş Böyük Ağanın əlindən öpür, ondan xeyir-dua alırdılar. O da ziyarətinə gələnlərin başlarına əlini çəkir, üzündən əskilməyən xeyirxah təbəssümüylə hamıya xeyir-dua verirdi. Bu ocağa təkcə müsəlmanlar gəlmirdi. Həyatının ən dəhşətli, çarəsiz anlarında qeyri-ixtiyari Ağanın cəddini çağırıb ondan kömək istəyən, nicat tapan başqa xalqların nümayəndələri də bu ocağa üz tuturdular.

Sirli bir duyumla qapısını döyənlərin ürəklərindən keçənləri, onların necə adam olduqlarını, məqsədlərini, məramlarını anlaya bilirdi Böyük Ağa. Bəzən onun kimisə qəbul etməkdən imtina etməsi çoxlarına qəribə görünürdü. Doğmaları, ən çox da ona qəlbən yaxın olan bacısı Səkinə (bu ocaqda hamı onu Qönçə çağırırdı) başa düşürdü ki, Ağa heç nəyi əbəs yerə etməz, ürək sındırmaz. Ancaq düşünürdülər ki, gələn hər kim olur-olsun, Böyük Ağanın cəddinə üz tutub.

Pəncərədən ətrafı seyr etməyi sevirdi. Havalar xoş olanda Böyük Ağanın kürsüsünü çıxarıb həyət qapısının ağzına qoyurdular. İri gümüş saatı isə həmişə döş cibində olurdu. Gəlib-keçənlər ona yaxınlaşır, kimi əlindən öpür, kimi soruşurdu: "Böyük Ağa, saat neçədir?” Bu sualdan xoşu gəlirdi. Cibini göstərirdi. Saatı soruşanlar da götürüb baxar, sonra qaytarıb yerinə qoyardılar.

1948-ci ildə Ağanı bu dünyada hamıdan yaxşı anlayan bacısı Səkinə xanım vəfat etdi. İki il sonra - 1950-ci ilin 17 noyabrında isə bu dünyadan ayrılmaq növbəsi Böyük Ağaya çatdı. Bütün Bakı əhli vidalaşmaq üçün İçərişəhərə - onun evinin qarşısına toplaşdı. Gələnlərin ardı-arası kəsilmirdi. Hökumət orqanları bunu görüb Ağanın dəfnini tələsdirdilər. Ağa Seyid Əli Şüvəlandakı qəbiristanlıqda dəfn olundu.

Onun unutdurulması istiqamətində işlər aparılmağa başlanıldı. Hətta Bakı şəhərinin rəhbəri Tofiq Allahverdiyev partiya yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın ləğv olunması barədə qərar da çıxartdı. Onun cəddinə inananlar isə qorxa-qorxa da olsa ora gedirdilər. Apardıqları nəziri xəlvətcə daşın altına qoyurdular. Hətta partiya orqanlarında, digər yüksək strukturlarda işləyənlər də gizli-gizli Mir Mövsüm Ağanın məzarını ziyarət edirdilər.

Hakimiyyət rəhbərlərinin göstərişi ilə ondan sonra qohumları bu ocağa ziyarətə gələnləri içəri buraxa bilmirdilər. Qadağalara baxmayaraq, işi müşkülə düşənlər, arzuları, diləkləri olanlar yenə bura gəlir, qapıya əllərini çəkib Ağanın müqəddəs ruhunu köməyə çağırırdılar.

Sovet hakimiyyəti süquta uğrayandan sonra bir sıra müqəddəs yerlərimiz kimi, Mir Mövsüm Ağanın dəfn olunduğu məzarlıqda da abadlıq işləri aparıldı. Bu gün Mir Mövsüm Ağa ziyarətgahı öz əzəməti ilə göz önündədir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM