16 Oktyabr 2019 03:10
525
İQTİSADİYYAT
A- A+

Üzüm bağları genişləndirilir


Ölkə rəhbərinin təşəbbüsü və tapşırığı ilə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı, qəbul olunmuş dövlət proqramları Ağstafa rayonunda da uğurla icra olunur. Belə sahələrdən biri üzümçülükdür.

Köhnə bağlar bərpa edilməklə yanaşı, məqsədyönlü tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 476 hektara çatdırılmışdır ki, bunun da 410 hektarı bar verəndir. Plantasiyalara göstərilən aqrotexniki qulluq sayəsində keçən il rayon üzrə məhsuldarlıq 28 min 280 sentner olub. Bu il də bağlarda bol məhsul yetişdirilmişdir. Artıq xeyli vaxtdır ki, sahələrdə üzüm yığılır. İlkin nəticə deməyə əsas verir ki, ötən ilə nisbətən bu il məhsuldarlıq daha yüksəkdir.

Hazırda rayonda daha 5 hektar üzüm bağı salınır. Yeni salınan bağlarda məhsuldar "Moldova”, "Təbriz” sortları, Fransa sortu "Prima”, "Viktoriya” süfrə sortu əkilir. Yeni bağların salınmasına ən çox maraq göstərənlər əvvəllər bu işlə məşğul olan rayon sakinləridir. Məsələn, Pirili kəndinin sakini Şəmil Allahverdiyev hər il üzüm bağlarının sahəsini genişləndirir. Onun həmkəndlisi Eyyub Budaqov da üzüm istehsalına daha çox maraq göstərir. Hazırda onun 65 hektar üzüm bağı var.

Poylu kəndinin sakini Vüqar Kərimov da bağların sahəsini genişləndirərək 5 hektara çatdırıb. Fermer deyir ki, üzüm yetişərkən onu yağış və dolunun vurmaması üçün sellofan örtüklərdən istifadə edir. Bu, həm məhsuldarlığa, həm də məhsulun maya dəyərinə müsbət təsir göstərir. Keçən il 3 hektar bağdan 60 ton məhsul götürən Vüqar Kərimov ümumilikdə 25 min manat qazanc götürmüşdür. Kənddə 10 nəfəri işlə təmin etmişdir.

Dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan razılıq edən fermer onu da vurğuladı ki, aldığı güzəştli kreditlər, gübrələrin 70 faiz güzəştlə verilməsi, eləcə də hər hektar üçün subsidiyaların ödənilməsi fermerləri bu gəlirli sahəni daha da inkişaf etdirməyə həvəsləndirir. Ölkə rəhbərinin yanvarın 1-dən qaydalara dəyişikliklər etməsi ilə bağlı verdiyi sərəncam da bu sahənin inkişafına təkan verəcək. Belə ki, gələn ilin yanvar ayından etibarən 1 ildən 4 ilədək olan bağlar üçün hər hektara 600 manat subsidiya verilməsi hər bir fermeri ürəkdən sevindirib.

Ümumiyyətlə, Ağstafa rayonunda üzüm bağları olan kəndlərin sayı ildən-ilə artır. Hazırda Həsənsu kəndində 131 hektar, Vurğun qəsəbəsində 122 hektar, Piri kəndində 86 hektar üzüm bağı var.

S.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video