15 Oktyabr 2019 23:12
469
SİYASƏT
A- A+

Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb


Oktyabrın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvləri Qlobal Jurnalistlər Şurasının nümayəndələri ilə görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin idarə heyətinin sədr müavini Elçin Əhmədov xarici jurnalistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və ağır nəticələri barədə məlumat verib. O qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu insanlar 30 ilə yaxındır ki, qaçqın və köçkün vəziyyətində yaşayırlar. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 25 ildən çoxdur ki, yerinə yetirilmir. ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar dəfələrlə erməni təcavüzünü pisləyən sənədlər qəbul ediblər. Əfsuslar olsun ki, həmin sənədlərin də münaqişənin həllinə müsbət təsiri olmayıb.

İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev çıxışında qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Ermənistanla informasiya müharibəsinin davam etdiyini bildirən icma rəhbəri deyib ki, işğalçı Ermənistan hakimiyyəti və onların Dağlıq Qarabağdakı əlaltıları olan cinayətkar ünsürlər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb.

İcma rəhbəri çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu diqqətə çatdırıb.

Tural Gəncəliyev xarici jurnalistləri slayd vasitəsilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilmiş dini və mədəniyyət abidələrimizin vəziyyəti ilə tanış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video