Alternative content

05:19 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
ANA SƏHİFƏ / Elm və texnika
22:57 15.10.2019

Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri xanım Aktotı Raimkulova, Təhsil və Elm naziri Asxat Aymaqambetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ceyran Mahmudova qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizin təhsil sistemi, o cümlədən rəhbərlik etdiyi ali məktəbin tarixi, bugünkü vəziyyəti və strukturu barədə məlumat verib. ADMİU-nun fakültələri və ixtisaslar haqqında danışan rektor qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin incəsənət təmayüllü ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi universitetin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Rektor Qazaxıstanın sənətlə bağlı əsas ali təhsil ocaqları ilə ADMİU-nun əməkdaşlıq etdiyini, qazaxıstanlı tələbələrin mütəmadi şəkildə universitetdə elmi təcrübə keçdiklərini qeyd edib.

Görüşdə Azərbaycanın türkdilli dövlətlər arasında bütün fəaliyyət sferalarında, o cümlədən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Qonaqlar Qazaxıstanın Azərbaycanı hər mənada dəstəklədiyini, hər iki ölkənin daim inkişaf etdiyini qeyd edərək, görüşdən məmnun qaldıqlarını, bundan sonra əlaqələrin daha da sıx şəkildə inkişaf etməsi, birgə layihələrin baş tutması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Daha sonra rektor qonaqları universitetin binası, tədris və yaradıcılıq prosesi ilə tanış edib.

Universitetin Vernisaj zalında nümayiş olunan xalça və qobelen sərgisi qazaxıstanlı nazirlərin xüsusi marağına səbəb olub. Nazirlər sərgidə nümayiş olunan işlərlə yaxından maraqlanıb, ADMİU-nun tələbələrinin əl işi olan qobelen nümunələrinə heyran olduqlarını bildiriblər.

Qonaqlar görüşdən, universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirərək kollektivə uğurlar arzulayıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM