15 Oktyabr 2019 22:50
603
CƏMİYYƏT
A- A+

YAP Füzuli rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib


Oktyabrın 15-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Diqqətə çatdırıb ki, bu inkişaf Horadiz şəhərində də özünü ifadə edir.

Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş Nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir. "Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar öz əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin ən aktual cəhətlərindən biridir. Məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir”, - deyə Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini bildirib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addımlar atılır: "Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasındadır. Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı "Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirməsi həm də ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu, o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibsə, bu imkandan sona qədər yaralanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəksə, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları Prezidentimizin bu mövqeyini dəstəkləyir”.

Əli Əhmədov qeyd edib ki, keçirilən bu müşavirələrin başlıca məqsədi ərazi ilk partiya təşkilatlarının fəaliyyətini daha da gücləndirməkdən ibarətdir.

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video