15 Oktyabr 2019 18:40
1226
PARLAMENT
A- A+

Milli Məclisdə türk iş adamları ilə görüş olub


Oktyabrın 15-də ölkəmizdə səfərdə olan Dünya Türk İş Şurasının nümayəndə heyəti Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə türk dünyasının siyasi və iqtisadi qüdrətinin gündən-günə artmasından qürur duyduğunu bildirib. O deyib ki, Türkiyədə azərbaycanlı iş adamları, Azərbaycanda isə türk iş adamları uğurla fəaliyyət göstərirlər. Artıq Türkiyə və Azərbaycan iş adamları birlikdə üçüncü dövlətlərdə iş qurur, taleyüklü məsələlərdə bir-birilərini müdafiə edirlər. Prezident İlham Əliyevin də dediyi kimi, "bir millətin iki diasporu olmaz” fikri həyatda öz təsdiqini tapmaqdadır. Deputatlar da çalışırlar ki, qanunvericilik sahəsində iş adamları üçün heç bir problem olmasın, onlar rahatlıqla fəaliyyət göstərə bilsinlər.

Dünya Türk İş Şurasının nümayəndə heyətinin rəhbəri Halim Mete türk dünyasının böyük iqtisadi potensiala malik olduğunu deyib və Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması ikitərəfli əməkdaşlığın daha da inkişafına böyük töhfədir.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Tahir Mirkişili, Rüfət Quliyev, Mahir Abbaszadə və digər şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video